Goranboy sakini olan 25 yaşlı Sənan İskəndərov 10 ildən artıqdır ki, fərqli görünüşlü qiymətli əşyaları toplamaqla məşğuldur. Bunun üçün evdə xüsusi guşə də düzəldib.
Oxu.Az xezerxeber.az-a istinadla məlumat verir ki, kolleksiyada müxtəlif formalı 150-dən artıq alışqan var.
Sənan İskəndərov kiçik yaşlarından həvəs göstərdiyi kolleksiyasını yaxınlarının, dostlarının sayəsində artıra bilib. Rayon sakini onlardan bəzisinin hədiyyə olunduğunu, bəzilərinin isə pulla aldığını deyir.
Müxtəlif ölkələrdən gətirilən alışqanların arasında 100-150 dollar qiyməti olanlar da var.
Rayon sakini dostlarının və evə gələn digər qonaqların alışqan kolleksiyasına daha çox maraq göstərdiyini bildirir. O, maraqlı xobbisnini davam etdirmək fikrindədir.
İ.N.