Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Goranboyda heyvanlar minaya düşüb
Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.
APA-nın məlumatına görə, hadisə rayonun Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.
Kənd sakini 1968-ci il təvəllüdlü M. Cümşüdov özünə məxsus qoyunları əkin sahəsində otaran zaman heyvanlar minaya düşüb.
Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb.
Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Goranboyda heyvanlar minaya düşüb

Goranboyda heyvanlar minaya düşüb

"Mina partlayışı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar