Göygöl rayonunda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.
Oxu.Az-ın məlumatına görə, rayon ərazisində "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb.
Zərərçəkənlər - 2005-ci il təvəllüdlü O. Abbaszadə, 2004-cü il təvəllüdlü X. İsmayılov, 2005-ci il təvəllüdlü T. Məhərrəmov və 2005-ci il təvəllüdlü Ü. Bayramlı xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12