Göygöl rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə xəstəxananın doğum şöbəsində qeydə alınıb.
Gəncə şəhər sakini Əhmədova Aygül Pəhləvan qızı dekabrın 31-də xəstəxanada körpə dünyaya gətirib. Bu gün isə körpə dünyasını dəyişib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
E.Ə.
www.oxu.az