Azərbaycanlı Tural Vəliyev Gürcüstanın Bolnisi şəhərinin merinin müavini vəzifəsinə təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesabında paylaşım edilib.
Xəbərdə bildirilir ki, Vəliyev ixtisasca hüquqşünasdır və müxtəlif qurumlarda iş təcrübəsinə malikdir.
O, 2021-2025-ci illərdə Dmanisi merinin köməkçisi vəzifəsini tutub.
