Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində qeydə alınıb.
Belə ki, Gəncə sakini Dəmir Əli oğlu İsmayilov idarə etdiyi "Mercedes" markalı, 77-EV0-029 dövlət nömrə nişanlı avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və dəmir səddi qıraraq yeraltı keçidə aşıb.
Nəticədə sürücü ilə yanaşı sərnişini - Gəncə sakini Yeganə Şəmil qızı Bayramova xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12