Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Hacıqabulda özünü yandıran qadın öldü – YENİLƏNİB
Hacıqabulda intihara cəhd edən qadın dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1941-ci il təvəllüdlü B. İbrahimov küçəsi, ev 1/6 ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib.
O, bədənin 90%-nin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər.
Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.
Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.
09:47
Hacıqabulda 75 yaşlı qadın özünü yandırıb.
Oxu.Az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon sakini, 1941-ci il təvəllüdlü B.İbrahimov küçəsi, ev 1/6 ünvanında yaşayan Kərimova Püstə Xələf qızı özünü yandırmaqla intihar etməyə cəhd edib.
O, bədənin 90 faizinin termik yanığı, yanıq şoku ilə adonal vəziyyətdə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Eyni zamanda həkimlər xəstənin sol döş qəfəsi nahiyəsində kəsilmiş-deşilmiş yara da aşkar ediblər. Hal-hazırda həkimlər xəstənin vəziyyətini kritik qiymətləndirir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik müəyyən edilməyib.
Faktla bağlı Hacıqabul prokroluğunda araşdırma aparılır.
E.Ə.
www.oxu.az