Xankəndidə "İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər" mövzusu ilə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günü panel sessiya ilə davam edir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı ("UN-Habitat") ilə tərəfdaşlığı çərçivəsində reallaşır.
Xankəndi Konqres Mərkəzində keçirilən "Sosial-iqtisadi inkişaf, ərazi bərabərliyi və ətraf mühitin davamlılığı üçün şəhər-kənd əlaqələri" adlı panel sessiyada 60-dan çox ölkədən 400-dək dövlət və özəl qurumların nümayəndələri, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edirlər.
Daha çox foto burada: PhotoStock.az