Azərbaycanda “İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları” Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin qərarı ilə ləğv edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, məsələyə aydınlıq gətirən rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib ki, 24 fevral 2000-ci ildə qəbul edilmiş “İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları” günün tələblərinə cavab vermədiyi üçün ləğv olunub.
M.Əmirov bildirib ki, hazırda Azərbaycanda internet tam azaddır, bu sahədə nəzarətə ehtiyac duyulmur.