Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İşəgötürənlər bəzi cərimələri ödəməkdən azad edilə bilər
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiq edilməsi nəzərdə tutulur.
Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi üçün ƏƏSMN tərəfindən hazırlanan layihədə bununla bağlı təklif yer alıb.
Təklif qəbul edildiyi halda, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqəli yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla, bəzi cərimələri ödəməkdən azad olacaq.
Təklif mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda, əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib.
"ƏƏSMN" teqi üzrə xəbərlər
- Azərbaycanın daha bir rayonunda bəzi şəxslər yeni mənzillərlə təmin olunacaqlar
- Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək
- Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək
- Bölgələrdə şəhid ailələri, müharibə əlillərinə 150 mənzil və fərdi ev verilib
- "DOST Müfəttiş" layihəsi ABŞ-də keçirilən müsabiqədə mükafata layiq görülüb
Rəylər