İxtisas fənn müəllimi və istehsalat təlimi ustalarının işə qəbul müsabiqəsinə müraciət müddəti uzadılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqəyə son müraciət müddəti 7 avqustdur. Test imtahan mərhələsi isə 12 avqustda keçiriləcək.