Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyi 15-18 may 2014-cü ildə “THE LAND OF FIRE-2014” bütün cins itlərin beynəlxalq sərgisini keçirəcək.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, təşkilatdan verilən məlumata görə, sərgidə 40 cinsdə 300-dən yuxarı it iştirak edəcək.
Sərgidə dünyanın 10-dan çox ölkəsindən iştirakçı və hakimlər olacaq.
“Bu festivallar hər il 2 dəfə keçirilir və həmişə xaricdən gələn qonaqlarımıza ölkəmizi tanımağa və sevməyə kömək edir”, deyə Kinoloqlar İctimai Birliyindən bildirilib.
Sərgi 15-18 may tarixlərində Karvan Palace Hotel-də keçiriləcək.
Sərgi 16:00-da başlayır. Final proqramlar və maraqlı konkurslarla 18 may tarixində olacaq.