Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasına ANS-in parlament müxbiri buraxılmayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, operator içəri buraxılsa da, müxbir, tanınmış jurnalist Ləman Ələşrəfqızı parlamentin binasına buraxılmayıb.
Ona adının siyahıdan çıxarıldığı bildirilib. Jurnalistə adının niyə siyahıdan çıxarılması isə açıqlanmayıb.
Qeyd edək ki, L.Ələşrəfqızı ötən iclasda deputatların bir-birilərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi süjet hazırlayıb.
Sözügedən süjeti təqdim edirik: