Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Koda düşən qaz sayğacını necə açmaq olar?](https://images.oxu.az/2017/02/07/09/32/38/30/qaz saygaci:1200.jpg)
Koda düşən qaz sayğacını necə açmaq olar?
Hər bir abonent öz sayğacını smartkartla aça biləcək.
Oxu.Az koda düşmüş qaz sayğacının necə açılmalı olduğunu sizə təqdim edir.
1. Smartkartınıza 1 manat pul yükləyirsiniz. (Yüklədiyiniz 1 manat xidmət haqqı deyil, həmin məbləğ balansınıza əlavə olunacaq).
2. Sayğacın girişindəki krantı bağlayırsınız.
3. Kartı sayğaca daxil edirsiniz. Ekranda sol tərəfdə “9” və “-----” xətt olanda barmağınız ilə “Göy” düyməni sıxırsınız. Sonra ekrana “OP190” yazısı gələndə barmağınızı düymədən götürürsünüz. Geriyə say başlayıb bitəndə sayğacın girişindəki krantı açıb qazdan istifadə edirsiniz.
A.M.
Ən çox oxunanlar
Rəylər