İspaniyanın “Posuelo Alarkon” klubunun qapıçısı Salva ölkə çempionatında “Vilyanuevo-Pardlio” ilə matçda öz cərimə xəttindən qol vurub.
Oxu.Az news.rambler.ru-ya istinadən xəbər verir ki, qolun vurulması kadrları “Posuelo”nun “Twitter” səhifəsində yerləşdirilib.
Hesab 0:0 olan matçda Salva 80 metrlik məsafədən zərbə vurub, top bütün meydançadan keçərək rəqib qapıçının səhvi ucbatından qapısından keçib. Bu qol qələbə qolu olub. Görüş 1:0 hesabı ilə “Posuelo Alarkon” komandasının qələbəsi ilə başa çatıb.
A.M.
www.oxu.az