“İslam dövləti” terror qruplaşmasının yaraqlıları Suriyanın Palmir şəhərinin şimali-qərbində yerləşən Hayan yatağında qaz kəmərini partladıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, qaz yatağında baş verən yanğın artıq bir neçə saatdır davam edir.
Dekabrın sonunda İŞİD terrorçularının şəhərə miqyaslı hücumu nəticəsində Suriya ordusu Palmiri tərk etmək məcburiyyətində qalıb. Suriya ordusu və terrorçular arasında döyüşlər Palmirdən 39 km aralıda davam edir.
N.O.
www.oxu.az