Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Körpəsi ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
Onaylıq Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Məlahət Məmmədova məlumat verib.
O bildirib ki, övladı ötən ilin noyabr ayında dünyaya gəlib:
"Ülvi ötən ilin noyabr ayında bir böyrəklə dünyaya gəlib. Hamiləlik zamanı imkan olmadığı üçün demək olar ki, həkim müayinəsində olmamışdım. Ona görə də onun bu problemindən xəbərsiz idim. Doğulan gündən müayinələrini, müalicələrini etməyə çalışsaq da, artıq tükənmişik. Son bir neçə aydır ki, Ülvinin müalicələrini sizin saytın izləyicilərinin dəstəyi ilə edirik. Hazırda övladımın müalicəsi üçün 600 manata ehtiyacımız var".
Gənc ana övladının müalicəsi üçün yardımsevər şəxslərə səslənib:
"Ülvi mənim ilk və tək övladımdır. Atası avtomobilyuma məntəqəsində günü 15 manata işləyir, mən isə evdar qadınam. Kirayə mənzildə yaşayırıq. İnanın həm evin xərcləri, həm Ülvinin müalicəsini bu 10 ayda güc bəla ilə çatdırmışıq. Dəyərli nə əşyamız var idisə, satmışıq, borc ala biləcəyimiz hamıdan borc almışıq. Yardımsevər şəxslərdən bu müddətdə bizə dəstək olmaqlarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 302-42-27.
UniBank: 4098 0944 2237 4833.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
Rəylər