Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib
Fevralın 7-də Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.
Digər dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşlarının qatıldığı tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev qeyd edib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusion statusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyır.
Vurğulanıb ki, "Konstitusiya və Suverenlik İli"ndə prokurorluq orqanlarının yeni inzibati binasının istifadəyə verilməsi əlamətdar hadisədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Beynəlxalq axtarışda olan üç nəfər Azərbaycana gətirildi
- Paytaxtın beş rayonunda 60 min manatlıq cinayət: Baş Prokurorluq məlumat yaydı
- Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalandı
- 12 il əvvəl Rusiyada adam öldürən azərbaycanlılar HƏBS EDİLDİLƏR
- İşçilərin hüquqlarını pozan şirkətlər 62 min manat cərimələndilər