Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Laçının strateji əhəmiyyəti – VİDEO
Qarabağda erməni cəmiyyətinə təlatümlər yaşadan proses davam edir.
Belə ki, Laçının mərkəzində həmçinin Zabux və Sus kəndlərində qanunsuz məskunlaşan ermənilərin əksəriyyəti artıq bu yaşayış məntəqələrini tək ediblər. Bu hər şeydən əvvəl Azərbaycanın qətiyyətli və prinsipial mövqeyinin nəticəsi, həm də məsələləri terror-təxribat yolu ilə deyil, dinc yolla tənzimləməyin daha vacib olduğunun sübutudur.
Bəs nəzarətimizə keçən yüksəkliklərin ardınca Laçın şəhəri, Zabux və Sus kəndlərinin də Azərbaycana təhvil verilməsi gələcək perspektivdə nələr vəd edir?
Millət Vəkili Cavid Osmanov bildirib ki, Azərbaycanın gələcəkdə digər ərazilərində erməni terrorçularının hərbi birləşmələrinin, o cümlədən qeyri-qanuni yollarla məskunlaşdırdıqları digər ermənilərin buradan daha çevik çıxarılması, onların hərəkətlərinə daimi nəzarət və təxribatlarına çevik cavab verilməsi üçün əlverişli zəmin yaradır.
Daha ətraflı Baku TV-nin süjetində:
"Laçın" teqi üzrə xəbərlər
- Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin doğum günüdür
- İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib
- Laçının işğaldan azad edilməsindən dörd il ötür
- Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək
- Vladimir Putin Laçın şəhəri ilə bağlı qərarı təsdiqlədi
Rəylər