Lənkəranda ana körpəsini bətnində dərmanla öldürüb.
Oxu.Az-ın məlumatına görə, dekabrın 10-da, gecə saat 01:20 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı yeddi aylıq hamiləliklə Lənkəran rayon Mərkəzi Xəstəxanasının doğuş şöbəsinə gətirilib.
Doğuş zamanı dünyaya gələn körpə ölüb. Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizasına təqdim edilib.
İlkin araşdırma zamanı Xədicə Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib.
Uşağın ölməsi üçün dekabrın 9-da gecə saat 01:00 radələrində dərman preparatı qəbul edib.
Nəticədə, dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!
Rəylər