Azərbaycanın futbol üzrə Topaz Premyer-liqasının dünən keçirilmiş “Xəzər-Lənkəran” - “Neftçi” matçında gərginlik yaşanıb.
Oxu.Az xəbər verir ki, hələ oyundan əvvəl lənkəranlı azarkeşlər “Neftçi”nin azarkeşləri ilə gərgin münasibətlərdə olub, oyun zamanı isə artıq qarşıdurma açıq müstəviyə keçib.
“Xəzərlilə” fayerləri yandıraraq qonaq azarkeşləri olan tribunaya atıb. Bunun da nəticəsində tribunalar alışıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını alıblar. Bundan sonra hər iki klubun azarkeşləri arasında qarşıdurma böyüyüb. Polisin və Daxili Qoşunların əsgərlərinin müdaxiləsindən sonra ara sakitləşib.
Oyundan sonra isə “Xəzər-Lənkəran” və “Neftçi”nin azarkeşləri arasında qarşıdurma daha da artıb. Hadisə nəticəsində DQ-nin 2 əsgəri yaralanaraq xəstəxanaya aparılıb, 2 əsgər isə huşunu itirib.
Dünənki oyun zamanı və eləcə də oyundan sonra baş verən hadisələrin görüntülərini təqdim edirik.










www.oxu.az