Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Masallıda 17 yaşlı qız toy günü evdən qaçdı, DİN hərəkətə keçdi
Daxili İşlər Nazirliyi (DİN) Masallı rayonunun Xallıca kəndində gənc qızın zorla ərə verilməsi məsələsi ilə bağlı hərəkətə keçib.
DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, qeyd edilən məsələ nəzarətə götürülüb və polis əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Masallıda 17 yaşlı qız toy günü evdən qaçıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Xəzər" TV-də yayımlanan "Təsir dairəsi" verilişində məlumat verilib.
Bildirilib ki, Masallı rayonunun Xallıca kəndində gənc qız məcbur ərə veriləcəyi üçün evdən qaçıb.
17 yaşlı Leyli valideynlərinin onu 33 yaşlı kişiyə ərə vermək istədiklərini deyib.

"Erkən nikah" teqi üzrə xəbərlər
- Hüquq, cəmiyyət və erkən nikah: Problemin kökü nədədir?
- Erkən nikahla necə mübarizə aparmaq lazımdır?
- Ağcabədidə 13 yaşlı qızdan uşağı olan kişi ilə bağlı hökm dəyişir - Həbsi tələb edildi
- Ağcabədidə 13 yaşında ana olduğu deyilən qız ailəsinə TƏHVİL VERİLDİ
- Ağcabədidə 13 yaşlı qızın övladı dünyaya gəldi