Masallı rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xoşçobanlı kəndində baş verib.
Kənd sakini, 1964-cü il təvəllüdlü Abbasov Abusət Abbas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
E.Ə.
www.oxu.az