Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Masazırda kanalizasiya borusu DAŞDI - Magistral yolu çirkab suyu basdı
Abşeron rayonunda kanalizasiya borusu daşaraq avtomobil yoluna axıb. Bu səbəbdən yol keçilməz hala düşüb.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlər və sürücülərin sözlərinə görə, vəziyyət bir neçə saat davam edib. Kanalizasiya borusunun daşması səbəbindən avtomobil yolunu çirkab sular basıb.
Abşeron Su Meliorasiya Sistemləri İstismarı idarəsindən bildirilib ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində kanalizasiya borusunda tıxac yarandığından çirkab su magistral yola axıb.
Ərazidə işlər aparılır.
Ətraflı süjetdə:
Masazırda kanalizasiya borusu DAŞDI - Magistral yolu çirkab suyu basdı

"Kanalizasiya problemi" teqi üzrə xəbərlər
- Kanalizasiya suları Ceyranbatan su anbarına axıdılır?
- Binəqədi-Balaxanı yolunda kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb oldu
- Sakinlər suyun binaların zirzəmisini basmasından şikayətləndilər - Qurumlar niyə çarəsizdir?
- "Kanalizasiya qoxusundan boğuluruq" - Suraxanıdan ŞİKAYƏT
- Yaponiyada hökumət bir milyondan çox sakinə kanalizasiyadan istifadəni qadağan etdi
Ən çox oxunanlar