"Azərbaycanda halal aqrar sektorun inkişafı üzrə beş strateji istiqamət müəyyənləşdirilib".
Oxu.Az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib.
O, tərəfdaşlara və investorlara bir neçə konkret təklif verib:
"Birincisi, vahid halal sertifikatlaşdırma və rəqəmsal izləniləbilənlik sisteminin yaradılmasıdır. İnvestorların beynəlxalq səviyyədə tanınan və etibarlı standartlara ehtiyacı var. İkincisi, inteqrasiya olunmuş yaşıl halal aqroparkların yaradılmasıdır. Üçüncüsü, halal sektoru üçün xüsusi maliyyə alətlərinin inkişaf etdirilməsidir. Dördüncüsü, halal ixracının Orta Dəhlizlə inteqrasiyasının gücləndirilməsidir. Beşincisi və ən vacibi, insan kapitalına və innovasiyalara investisiyadır".