Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mehriban Əliyeva: Hadisənin səbəbkarları cəzalarını alacaqlar – FOTO + YENİLƏNİB
Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinə gələrək Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhəti barədə məlumat verdi.
Bildirildi ki, mayın 19-da paytaxtın Binəqədi rayonunda baş verən yanğın zamanı ümumilikdə 56 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 15-nə yerindəcə tibbi yardım göstərilib, 41 nəfər isə xəstəxanalara yerləşdirilib. Xəstəxanalara yerləşdirilənlərdən 26-sı mayın 19-da buraxılıb. Bir nəfər isə həkimlərin səyinə baxmayaraq, dünən gecə dünyasını dəyişib. Beləliklə, yanğın zamanı ölənlərin sayı 15-ə çatıb. Hazırda 14 nəfərin xəstəxanalarda müalicəsi davam etdirilir. 1 nömrəli Bakı Kliniki Tibbi Mərkəzinin toksikologiya şöbəsində isə 12 xəstə müalicə alır. Xəsarət alanlardan üçü uşaqdır. Onlar üç, dörd və altı yaşlarındadırlar.
Məlumat verildi ki, hazırda xəstələrin vəziyyəti orta ağırdır və həyatları üçün təhlükə yoxdur.
Yanğın zamanı xəsarət alanlar dövlətimizin başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət etdi. Bildirdi ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Azərbaycanın birinci xanımı dedi ki, hadisənin səbəbkarları cəzalarını alacaqlar.
Mehriban Əliyeva xəstələrə şəfa dilədi, onların sağlamlıqlarının bərpa olunması işinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verdi.
13:32
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ötən gün Bakıda baş verən yanğın nəticəsində yaralanaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən zərərçəkənlərə baş çəkib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, yayılan məlumatı tibbi mərkəzin personalı da təsdiqləyib.
Bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev yanğın yerinə baş çəkmişdi.
Qeyd edək ki, mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Mövzuya aid xəbərlər
- İlham Əliyev: Təqsirli bilinən şəxslər ciddi şəkildə cəzalandırılacaq – FOTO + VİDEO + YENİLƏNİB
- Bakıda dəhşətli yanğın: 14 nəfər ölü – FOTO + VİDEO + YENİLƏNİB
- Bakıda yanan binada itkin düşən qız öldü
- Bakı meriyası: Bu məsələ Hacıbala müəllimlik deyil...
- Bakıda binalara penoplast üzlük çəkənlər cəzalandırılacaq
Rəylər