Fövqəladə Hallar Nazirliyi Samux rayonunda Tatlı kənd ümumi orta məktəbin binasında baş verən hadisə ilə bağlı məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin məlumatına əsasən, qızdırıcı sobanın bacasının ətrafında tüstülənmə yaranıb və yanğından mühafizə bölmələri çatana kimi məktəbin işçiləri tərəfindən qarşısı alınıb. Yanğın hadisəsi olmayıb.
12:10
Samux rayonu Tatlı kəndində ümumi sahəsi 404 kvadrat metr olan səkkiz otaqlı məktəb binasında yanğın olub.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, sobanın həddindən artıq qızması səbəbindən borular partlayıb və tüstülənmə olub.
Hadisə yerinə dərhal iki yanğınsöndürən maşın və təcili yardım briqadaları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə dərs vaxtı baş verdiyi üçün 10-a yaxın müəllim və şagird qorxub, eləcə də, yaranmış tüstüdən özlərini pis hiss ediblər.
Onlara hadisə yerində yardım göstərilib.
11:28
Samux rayonunun Tatlı kəndində orta məktəb binası yanır.
Bununla bağlı Oxu.Az-ın bölgə müxbiri məlumat verib.
İlkin məlumata görə, hadisə zamanı 10 nəfərə yaxın insan xəsarət alıb.
Hadisə yerinə yanğınsöndürmə briqadası və təcili tibbi yardım maşını cəlb edilib.