Son günlər Azərbaycan mətbuatında məktəb müəlliməsi və yuxarı sinif şagirdi olan qız arasında münaqişənin videosu fəal şəkildə yayılır.
Oxu.Az xəbər verir ki, video YouTube-də ötən ilin avqustunda yerləşdirilsə də, geniş ictimaiyyətə 2013-cü ilin noyabrının əvvəlində təqdim olunub.
Videodan görünür ki, Azərbaycan məktəblərindən birində müəllimə yuxarı sinif şagirdi olan qıza əl qaldırır, o isə borclu qalmayaraq, müəllimi vurur və bundan sonra sinfi tərk edir.
Qeyd edək ki, əvvəllər bizim məktəblərdə belə hallar qeydə alınmayıb.
Həmin videogörüntünü təqdim edirik.