Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə Bakı-Horadiz magistral yolunun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı maşın toqquşub.
Nəticədə, Sabirabad rayonunun Qalağayın kənd sakini, 1959-cu il təvəllüdlü Fərzəliyev Fərzəli Salman oğlu hadisə yerində ölüb.
Qaratəpə kənd sakini, 2003-cü il təvəllüdlü Mehdiyev Elçin Çingiz oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.