Azərbaycanın xalq artisti Firuz Səxavət və mərhum xanəndə Səxavət Məmmədovun atası dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, AzVision.az-ın məlumatına görə, xanəndələrin 84 yaşlı atası Əmircan Məmmədov fevralın 8-i axşam saatlarında namaz qıldığı zaman səcdədə olarkən qəflətən halı pisləşib və dünyasını dəyişib.
Xatırladaq ki, mərhumun oğlu xanəndə Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib.
Allah rəhmət eləsin!