Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Metronun bir stansiyasının yaxınlığında piyadaların rahat gediş-gəlişi təmin olunub
Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədilə Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində, metronun "8 Noyabr" stansiyasının yaxınlığında yeni piyada işıqforları quraşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd olunub.
Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yola piyada zolağı çəkilib. Bununla da yoldan istifadə edən piyadaların rahat gediş-gəlişi təmin olunub.
Həm yaxınlıqda yaşayan sakinlər, həm də metrodan istifadə edən sərnişinlər piyada qismində artıq bu yoldan daha rahat şəkildə keçirlər.
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Biləcəridəki yolda sürücülər üçün TƏHLÜKƏLİ VƏZİYYƏT
- Son beş gün ərzində Bakıya region avtovağzallarından 25 mindən çox sərnişin daşınıb
- Nişanlar olmayan yol: Tez-tez qəzalar baş verir
- Bakıda qoşa xətlərin silinməsi sürücülərin cərimələnməsinə səbəb olur
- Əhalinin NƏZƏRİNƏ: Sabah Bakının bir küçəsi nəqliyyat üçün BAĞLANACAQ