Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk plenar iclası başlayıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, spiker Oqtay Əsədov IV çağırış Milli Məclisin son sessiyasını açıq elan etdiyini bildirib, sonra Dövlət Himni oxunub.
Bugünkü iclasın gündəliyinə 39 məsələ daxildir.
Qeyd edək ki, noyabrın 1-i Milli Məclisə V çağırış növbəti seçkilər keçiriləcək.
E.Ə.
www.oxu.az