Bu gün Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif edilmiş kütləvi informasiya vasitələrinin nümayəndələrinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib və Azərbaycan milli mətbuatından bəhs edən qısa film nümayiş etdirilib.
Daha sonra media nümayəndələrinə mükafatlar təqdim edilib.