Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birində intihar hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 07.03.1995-ci il təvəllüdlü Rüstəm Firudin oğlu Quliyev intihar edib.
O, Bakı şəhəri Nəsimi rayonundan hərbi xidmətə çağırılıb. Hazırda ərazidəki hərbi hissənin və hərbi prokurorluğun əməkdaşları hadisə yerində araşdırma aparır.
İntiharın səbəbi də araşdırmalardan sonra məlum olacaq.