Minaya düşərək həlak olan Ağdam rayonu Təzəkənd kənd sakini Ağayev Zaur İsa oğlunun ölümü ilə bağlı bəzi detallar məlum olub.
APA xəbər verir ki, Zaur Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərkən minaya düşüb.
Hadisə yerinə gələn mütəxəssislər mərhumun meyitinin gecə götürülməsinin qeyri-mümkün olduğunu bildiriblər. Meyit səhər saatlarında götürüləcək. Buna səbəb ərazidə mürəkkəb mina sahəsinin mövcudluğudur.
18:47
Ağdamda 41 yaşlı kişi minaya düşərək ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb
Kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.
Rəylər