Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və Səhiyyə Nazirliyinin keçirdiyi birgə əməliyyat nəticəsində paytaxtda fəaliyyət göstərən 11 qanunsuz stomatoloji kabinet aşkarlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Tibb” qəzeti yazıb.
Məlumata görə, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analatik Ekspertiza Mərkəzi (DVAEM) və Milli Təhlükəsizlik Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq, təsdiq olunmuş birgə tədbirlər planı çərçivəsində qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərin aşkarlanması üçün reydlərə başlayıblar.
Yoxlamaların ilk günündə 11 qanunsuz stomatoloji kabinet aşkarlanıb.
Sözügedən müəssisələrin rəhbərlərinə xəbərdarlıq olunub. Xəbərdarlıqda qeyd olunub ki, müəssisə rəhbərləri qanunsuz fəaliyyətlərini dayandırmalı və özəl tibb fəaliyyətinə müvafiq lisenziya almaq üçün Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.
DVAEM bu istiqamətdə reydləri davam etdirir.