Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mübariz Qurbanlı ilə Allahşükür Paşazadə arasında fikir ayrılığı yaranıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, M. Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil.
O qeyd edib ki, buna nəzarət eləmək lazımdır: “Bəzən səs o qədər güclü olur ki, yaxın iki məscidin səsi bir-birinə qarışır, insanlar deyilənləri ayırd edə bilmirlər. Güclü səs ətrafa da narahatlıq verir. Bizə rayonlardan müraciətlər daxil olur ki, bəzən gecə saat 12-də mikrofonla yüksək səslə mərsiyələr deyilir, bu isə həmin vaxt yatmış insanlara mane olur".
M. Qurbanlı əzadarlıqla bağlı isə bildirib ki, hansı bölgədə hər hansı problem varsa, vaxtında müraciət edilsin, əzadarlıq tədbirlərinin keçirilməsi ilə bağlı yaranan narahatlıq aradan qaldırılsın.
QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə dövlətin qanuni səbəb olmadan məscid ərazisinə müdaxilə etməsinin düzgün olmadığını bildirib.
E.Ə.
www.oxu.az
"Allahşükür Paşazadə" teqi üzrə xəbərlər
- Matəm günü ölkənin bütün məscidlərində faciə qurbanları anılacaqlar
- Şeyxülislam vahid geyimə riayət etməyən din xadimlərini tənqid etdi
- Allahşükür Paşazadə: "Din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir"
- Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
- Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?