Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Müəllimlər üçün sertifikasiya imtahanları təşkil olunacaq: Fənlər açıqlandı
"18-25 iyun tarixlərində müəllimlərin sertifikasiya imtahanları təşkil olunacaq".
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu tarixlərdə ilk dəfə kimya, biologiya, fizika, coğrafiya, informatika fənləri üzrə sertifikasiya imtahanında iştirak edəcək müəllimlər üçün şərait yaradılacaq:
"Eyni zamanda, ötən il birinci cəhdi uğursuz olan müəllimlərə bu il də şərait yaradılacaq. İmtahan məkanının saatı, tarixi barədə məlumatlar hər bir müəllimin şəxsi kabinetinə göndəriləcək. Bu məlumatlar, demək olar ki, sabah gün sonuna qədər kabinetlərdə əks olunacaq".

Aygün Mirakif
"Müəllimlərin sertifikasiyası" teqi üzrə xəbərlər
- İki minə yaxın müəllim iş yerini dəyişib
- Müəllimlərin əmək müqaviləsi hansı halda uzadıla bilər?
- Agentlik rəsmisi: "İkili ixtisaslı müəllimlərin bir fənn üzrə sertifikatlaşmadan keçməsi kifayətdir"
- 500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi
- Nazirlikdən attestasiyadan keçə bilməyən müəllimlərə SEVİNDİRİCİ XƏBƏR