Azərbaycan kikboksçusu Sürət Qarayev "Sensi-26" liqasında döyüşəcək.
Oxu.Az xəbər verir ki, 95 kq-da mübarizə aparacaq Dünya Kikboksinq Federasiyası (WAKO) versiyası üzrə dünya çempionu Oli İv Rolandla (Kot-d'İvuar) görüşəcək.
Bolqarıstanın Plovdiv şəhərində təşkil olunacaq qarşılaşma mayın 17-də baş tutacaq.
Qeyd edək ki, kikboksinqdə Avropa çempionatının mükafatçısı da olan Sürət Qarayev Azərbaycan boks millisində də yer alıb. O, 6 dəfə ölkə çempionu tituluna yiyələnib.