Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

WAKO-nun prezidenti: "Azərbaycanın idman ölkəsi olduğunu bilirik"
"Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir".
Oxu.Az xəbər verir ki, bunu Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Ölkənizdə qonaq olmaq mənə çox xoşdur. Həqiqətən, gözəl şəhəriniz var. Yəqin ki, şəhəri gəzmək üçün bir qədər vaxtımız olacaq. Şəhidlər xiyabanını, Azərbaycan üçün önəmli şəxsiyyət olan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdik. Avropa çempionatının Bakıda keçirilməsi üçün danışıqlar yüksək səviyyədə davam edir. Sabah gənclər və idman naziri Fərid Qayıbovla görüşümüzdən sonra məsələ, demək olar, tam həllini tapacaq. Azərbaycanın idman ölkəsi olduğunu bilirik. Ölkəniz bir sıra maraqlı idman tədbirlərinə ev sahibliyi edib".
Qeyd edək ki, Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı martın 5-dək Bakıda səfərdə olacaqlar. Onların Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.
Anar Həsənov
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Dünya Kikboksinq Federasiyasının rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər
- İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi
- Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "siması"
- Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub