Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Dünya Kikboksinq Federasiyasının rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər
Dünya Kikboksinq Federasiyasının (WAKO) prezidenti Roy Beyker və vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Oxu.Az xəbər verir ki, rəsmilər abidənin önünə əklil və gül dəstələri qoyublar. Ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, martın 5-dək Bakıda səfərdə olacaq federasiya rəsmilərinin Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin rəhbərliyi və Azərbaycan Kikboksinq Federasiyanın fəxri prezidenti Adil Əliyevlə görüşləri nəzərdə tutulub.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- WAKO-nun prezidenti: "Azərbaycanın idman ölkəsi olduğunu bilirik"
- İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi
- Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "siması"
- Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub