Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Müəllimlərin maaşı artırılacaq?
"Sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun olaraq, müəllimlərin əməkhaqları artırılacaq".
Oxu.Az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli "Təhsil TV"yə deyib.
O vurğulayıb ki, prosesi uğurla tamamlayan və ya tamamlamayan kateqoriyalar var: "Qiymətləndirmənin məqsədi prosesə cəlb olunmuş şəxsləri bir-birindən fərqləndirməkdir".
N.İsmayılbəyli qeyd edib ki, artıq sertifikatlaşma prosesini uğurla tamamlayanların sayı 55 mini keçib. Onların 17 mindən çoxu əməkhaqqını 35 faiz əlavə ilə, 38 mini isə 10 faiz əlavə ilə alır:
"Cari ildə, Naxçıvan da daxil olmaqla, ölkənin 19 şəhərində bu imtahanı təşkil edəcəyik. Proses elektron formatda olur. Bitən kimi müəllimlər nəticələri, doğru və yanlış cavabları görə bilərlər. İmtahandan sonrakı apellyasiya mərhələsi də elektron formatda olur və qısa zamanda həyata keçirilir".
"Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA)" teqi üzrə xəbərlər
- Bayram tətilindən sonrakı ilk dərs günü açıqlandı
- BŞTİ: "İnternat məktəblərində aşkar olunan nöqsanlar araşdırılacaq"
- Təhsil müəssisələrində VƏZİFƏ tutmaq istəyənlərin nəzərinə: Qeydiyyat başladı
- Bakı və Sumqayıtda birinci sinfə müraciət qəbulunun müddəti uzadılıb
- Rüşvət aldığına görə işdən çıxarılan direktorun iddiası təmin olunmadı