Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nadir xəstəlikdən əziyyət çəkən körpənin həyatda qalması üçün dəstəyə ehtiyacı var
Bir yaşlı Aylinin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Mətanət Quliyeva məlumat verib.
O bildirib ki, övladı qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir:
"Aylin bir yaş iki aylıqdır. O, anadangəlmə qapalı spina-bfida xəstəliyindən əziyyət çəkir. Hamiləliyim dövründə imkan olmadığı üçün müayinələrin demək olar ki, heç birinə getməmişdim. Aylin doğulandan sonrakı müayinələrdə onun xəstəliyini öyrəndik".
Gənc ana övladının hazırda müalicəyə ehtiyacı olduğunu deyib:
"Aylin doğulduğu gündən elə müalicələrdəyik. Nə gəzə, nə də öz tarazlığını qoruya bilir. Həkimlər Aylinin ayaqları üçün tutor almağı məsləhət görmüşdülər. Sizin saytın izləyicilərinin dəstəyi ilə biz tutoru ala bildik, amma hazırda müalicələri davam etdirə bilmirik. Bunun üçün bizim 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (055) 802-89-62.
Bank Respublika: 4244 4848 4774 2008.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Qaynar su dolu qazanı üzərinə aşıran Fatimənin dəstəyə ehtiyacı var
- Ağır yanıq xəsarətləri alan Şəlalənin dəstəyə ehtiyacı var
- Bir yaşlı əkizlərin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Atasını itirən Həsən indi özü ölümlə mübarizə aparır: Anası fəryad edir
- Beş il övlad həsrəti çəkən ana yardım diləyir: "Müalicə üçün dəstəyə ehtiyacımız var"