Ötən gün Azərbaycan Universitetində “National Geographic Azərbaycan” jurnalının təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, jurnalın baş redaktoru Seymur Teymurov universitetin müəllim və tələbə heyətinə ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti və onun rəsmi nəşri olan “National Geographic” barədə ətraflı məlumat verib. O, jurnalın yerli nəşri haqqında danışaraq, iştirakçıları dərginin ilk üç sayı ilə tanış edib.
Təqdimatın sonunda müəllim və tələbələrin verdiyi suallar cavablandırılıb və gələcək planlar müzakirə olunub.
“National Geographic Azərbaycan” jurnalı “Garant Media Holding” tərəfindən nəşr olunur. Jurnala abunə olmaq üçün (012) 563 56 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az