Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə Aparat rəhbəri təyin edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu vəzifə Elnur Adil oğlu Bağırova həvalə olunub.
Qeyd edək ki, Elnur Bağırov iqtisad üzrə fəlsəfə doktorudur. O, indiyədək müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb, dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir.
Qaynar xətt:
(055) 224 12 12