“Əmək bazarında sabitlik qorunub saxlanılıb. Ölkəmizdə daha 100 mindən çox daimi iş yeri yaradılıb”.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təşkil edilən kollegiya iclasında çıxışı zamanı nazir Səlim Müslümov deyib.
“İqtisadi şaxələndirmənin genişlənməsinə yönələn dövlət investisiya layihələrinin icrası, tranzit potensialının artırılması, yeni sənaye parklarının və zonalarının yaradılması, inşaat sektorunun inkişafı və bunun nəticəsində tikinti materialları istehsalı sektorunun canlanması və s. istiqamətlərdə cari ildə də atılacaq addımlar 10 minlərlə yeni iş yerlərinin yaranmasına imkan verəcək.
Bu amillərlə yanaşı, ənənəvi kənd təsərrüfatı sahələri üzrə istehsalın artırılması üçün tədbirlərin davam etdirilməsi ilə əmək resurslarının səmərəli məşğulluğunun təminatının, ölkənin əmək bazarında müsbət proseslərin sürətlənməsi müşahidə olunacaq”.
S.Müslümov ötən il nazirliyin məşğulluq orqanlarının fəaliyyətindən bəhs edərək bildirib ki, nazirliyin məşğulluq orqanları tərəfindən 2016-cı ildə əvvəlki illə müqayisədə 2 dəfədən çox, yəni 56 min 631 nəfər münasib işlə təmin olunub.
Onun sözlərinə görə, onlardan 20 min 475 nəfəri gənclər olub.
U.A.
www.oxu.az