Bir qayda olaraq, mart və aprel aylarında xaricdə təhsil proqramı çərçivəsində artıq seçim prosesinə başlayırdıq.
Ona görə biz öncədən bütün tələbələrə və proqramda maraqlı olan şəxslərə məlumatı öncədən bildirdik ki, təhsilin maliyyələşdirilməsinə dair planlarını düzgün şəkildə qura bilsinlər.
Oxu.Az xəbər verir ki, bu sözləri “Caspian European Club”un təşkil etdiyi biznes forumda jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.
“Bir daha vurğulamaq istəyirəm ki, xaricdə təhsil dövlət proqramı ən mühüm alətimizdir, ancaq bu heç də yeganə alət deyil. Hansı ki, bunun vasitəsilə vətəndaşlarımız xarici təhsil müəssisələrində təhsil ala bilər.
Bilirsiz ki, ölkəmizin bir sıra dövlətlərlə ikitərəfli müqavilələri var. O müqavilələr əsasında biz keçən illərdə dövlət xətti ilə tələbələri həmin təhsil müəssisələrinə ezam edirdik. Bu ildə bu praktika davam etdiriləcək”.
Onun sözlərinə görə, Rusiya, Macarıstan, Avropa ölkələri, Çin, Cənubi Koreya kimi dövlətlər bu siyahıdadır.
Ülviyyə R. Əli
www.oxu.az