Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlik rəsmisindən ölkədə internet sürətinin azalması ilə bağlı AÇIQLAMA
Ölkə ərazisində internetin sürəti ilə bağlı problem var.
Oxu.Az xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşım ediblər.
Vətəndaşların iddiasına görə, internetin keyfiyyətində və sürətində ciddi dərəcədə zəifləmə müşahidə edilir.
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova Oxu.Az-a açıqlamasında bildirib ki, bununla bağlı quruma çoxsaylı müraciətlər daxil olmayıb: “Bu dəqiqəyə olan məlumata görə, ölkə ərazisində internetin sürəti ilə bağlı kütləvi problem yoxdur. İlkin olaraq, vətəndaşların qeyd etdiyi məsələyə trafikdəki artım səbəb ola bilər. Bildiyiniz kimi respublika ərazisində tətbiq edilən iki günlük sərt karantin rejimi ilə əlaqədar olaraq, vətəndaşların yaşayış yerlərini tərk etmələri qadağandır. Hər kəs evdə internetdən istifadə edir. Lakin internetin sürəti ilə bağlı müraciətlərin sayı artarsa, təbii ki, aidiyyəti üzrə problemin səbəbi araşdırıla bilər”.
Rəylər