Müdafiə Nazirliyi yeni nazir Zakir Həsənovun “Facebook”dakı səhifəsi ilə bağlı açıqlama verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyin mətbuat xidmətinin rəis müavini mayor Teymur Abdullayev bildirib ki, müdafiə naziririnin adına yaradılmış “Facebook” səhifəsi saxtadır:
“Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun adına yaradılmış “Facebook” səhifəsi saxtadır. Cənab nazirin adına heç bir “Facebook” səhifəsi yoxdur”.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl “Facebook” sosial şəbəkəsində “general-polkovniki Zakir Həsənov” adında səhifə yaradılıb və mətbuatda bu barədə məlumat gedəndən sonra səhifə yığışdırılıb.
Dünəndən etibarən sözügedən səhifə yenidən eyni adla görünməyə başlayıb.