Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanın milli klaviaturası – PÜŞUD
Azərbaycan dilində klaviaturanın yeni düzülüşü “Windows 8.1” əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Microsoft Azerbaijan” şirkətindən təkmilləşdirilmiş klaviaturanın düzülüşünün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunduğunu bildiriblər.
Yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüanslar nəzərə alınıb. Klaviaturanın yeni düzülüşü “Microsoft” məhsullarında istifadə ediləcək və vaxt ötdükcə digər əməliyyat sistemləri üçün də həyata keçirilə bilər.
Yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub.
Qeyd edək ki, hazırda istifadə etdiyimiz və ilk 6 hərfin adı ilə QWERTY adlanan klaviaturalar bu gün bütün dünyada ən populyar klaviatura sayılır. Onun əsasında latın qrafikasından istifadə edən əksər dillər üçün düzülüş formalaşdırılıb.
Milli klaviaturamız isə PÜŞUD-düzülüşdən (ilk beş hərf) ibarətdir ki, bu da böyük ehtimalla əvvəllər daim QWERTY klaviaturasından istifadə edənlər üçün narahatlıq yaradacaq və yeniliyə öyrənmək üçün xeyli vaxt tələb edəcək.
Bununla belə, köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər.